https://innews.media/uploads/news/2026-06/_innews_dcc7cec6f5f41eae52fcf27bb_o.jpg
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin ikinci oyunlarına start verilib.
Baş tutan qarşılaşmalardan sonra yarımfinala yüksələn iki komanda müəyyənləşib.
Doğma meydanda "Murov Az Terminal"ı qəbul edən "Turan" Tovuz Olimpiya İdman Kompleksində 3:0 hesablı qələbə qazanaraq növbəti raunda adlayıb.
Eyni hesab "DH Volley" - "Azərreyl" matçında da qeydə alınıb. Rəqibini üstələyə birincilər yarımfinala yüksələn növbəti kollektiv olub.
"Turan" və "DH Volley" ilk matçlarda da inamlı qələbə qazanmışdılar - 3:0.
1/4 finalın digər oyunları aprelin 3-də reallaşacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin