https://innews.media/uploads/news/2026-06/_innews_78aaabc4d29a705262d986895_o.jpg
8 iyun tarixində Azərbaycan Dövlət Uşaq Filarmoniyasında gənc musiqiçiləri, qiraətçiləri, müəllimləri, valideynləri və incəsənətsevərləri bir araya gətirən “Nağılın Qonağında” adlı musiqili-poetik konsert keçirilib.
Konsertin təşkilatçıları beynəlxalq və respublika müsabiqələri laureatı, caz və estrada vokal ifaçısı, Georgiy Şaroyev adına 35 Saylı onbirillik musiqi məktəbinin fortepiano müəllimi Günel Hacıyeva və pedaqoq, “Gənc Şairlər” ədəbi uşaq layihəsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Yazıçılar Təşkilatının (WOW) üzvü Lala Həsənova olublar.
Konsert proqramında 35 istedadlı uşaq iştirak edib. Səhnədə fortepiano və vokal üzrə solo nömrələr, vokal ansambllarının çıxışları, fortepiano duetləri, şeirlər və teatr səhnəcikləri təqdim olunub.
Tədbiri giriş nitqi ilə açan müəllimlər Lala Həsənova və Günel Hacıyeva layihəyə göstərdiyi dəstəyə görə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağızadəyə, eləcə də valideynlərə və tədbirin bütün qonaqlarına səmimi təşəkkürlərini bildiriblər.
Tamaşaçıların xüsusi marağına səbəb olan teatr səhnəcikləri və musiqi nömrələri uşaqlar tərəfindən məşhur və sevilən cizgi filmlərinin motivləri əsasında hazırlanıb. Balaca iştirakçılar nağıl və cizgi filmi qəhrəmanlarının rəngarəng kostyumlarında çıxış edərək səhnədə əsl bayram və sehrli atmosfer yaradıblar. İştirakçıların yaradıcı yanaşması sayəsində konsert yalnız musiqili-poetik tədbir deyil, həm də qonaqlara unudulmaz təəssüratlar bəxş edən rəngarəng teatrlaşdırılmış tamaşaya çevrilib.
Proqramda “Gənc Şairlər” ədəbi layihəsinin iştirakçıları olan Məryəm Babayeva, Tamilla Əhmədova, Fatimə Hüseyn, Ayan Əmiraslanlı, Əsmər İbadova, Gövhər Ələkbərova, Ayla Ələkbərova, Banu Qorçiyeva, Emiliya Məmmədova, Nəriman Erzimanov, Alisa Tişkeviç, Cənnət Məmmədova, Fatimə Kərimli, Əzizə Məmmədova, Umut Qulizadə, Elmira Asadova, Xədicə Nağıyeva, İmran Şıxıyev, Emiliya Qasımova, Nərmin Allahverdiyeva, Liya Qulizadə, Svetlana Şevçenko, Yasmin Dayanova, Fateh Məmmədov, Ibrahim Alimzadə və Iradə Hasilova çıxış ediblər.
Səhnədə həmçinin Hacıyeva Günelin şagirdləri olan Hüseynova Reyna, Əhmədova Ayla, Zeynallı Amirali, Şahməhəmmədi Günəş, Babayev Ayxan, Mustafazadə Aylin, Mustafazadə Uğur və Allahverdiyeva Gülər çıxış ediblər.
Layihənin əsas məqsədi uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, musiqi və ədəbiyyat sənətinin gənc nəsil arasında təbliği olub. Xüsusilə qeyd olunmalıdır ki, layihə xeyriyyəçilik əsasında həyata keçirilir.
Tədbirin sonunda konsert proqramında fəal iştirak edən bütün uşaqlara təşəkkürnamələr təqdim olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin