https://innews.media/uploads/news/2026-06/_innews_637771863edcfbd5a1f5245de_o.jpg
Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun tərkibində fəaliyyət göstərən, rəqəmsal media məkanında özünəməxsus dəst-xətti ilə seçilən "FÜYUZAT tv” internet televiziyasının yaradılmasından 4 il ötür.
Ötən dövr ərzində "FÜYUZAT tv” efirində MİMTA Fondunun məqsəd və məramına uyğun olaraq milli-mənəvi dəyərlərin, elmi-mədəni irsin təbliği istiqamətində genişmiqyaslı işlər görülüb. Televiziyanın efir şəbəkəsində tamaşaçıların rəğbətini qazanan "Arxa plan”, "Kəlmələrin sehrində”, "Müəmmalar izində”, "Sənətkar deyəndə”, "Kitab adam”, "Paraleldə", "Xəbərimiz var", həmçinin ümumi xəbər buraxılışıları, "Mənəvi qətrələr", "Bir az sehr, bir az gerçək", "Füyuzat" bioqrafiya, "Eksklüziv müsahibə", "Füyuzat"dan səslər", "Kitabdan həyata" və s. onlarla maraqlı layihə uğurla yayımlanıb.
Eyni zamanda, "FÜYUZAT tv” tamaşaçılarına fərqli mövzularda yeni məzmunlar da təqdim etməkdədir. Belə ki, yeni mövsümdə "Əhval”, "Pərdə arxası” və "Daşların hekayəsi” kimi yeni layihələr artıq izləyicilərin ixtiyarına verilib.
Maarifçilik missiyasını rəqəmsal medianın trendləri ilə birləşdirən platforma dörd illik fəaliyyəti ərzində zəngin intellektual məzmun istehsal edərək geniş izləyici auditoriyası toplamağı bacarıb. İnternet televiziyası yeni fəaliyyət ilində də öz xəttini qoruyaraq fərqli və keyfiyyətli layihələrlə tamaşaçıların görüşünə gəlməyə davam edəcək.
Bu illər ərzində televiziyamıza dəstək göstərən bütün izləyicilərimizə təşəkkür edirik!..
Ən son xəbərləri səhifəmizdən də izləyin