logo
Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır - kampaniya davam edir

Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır - kampaniya davam edir

Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır - kampaniya davam edir Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır - kampaniya davam edir

Birbank-ın digər banklarda kredit öhdəliyi olan müştərilər üçün sərfəli kampaniyasının müddəti uzadıldı. Belə ki, digər banklardakı kreditlərini Birbank-a gətirən müştərilər 6%-dək endirim qazanır.

30 iyun tarixinədək davam edəcək kampaniya müştərilərə yalnız daha sərfəli faiz şərtləri deyil, həm də aylıq kredit ödənişlərini azaltmaq və bütün kredit öhdəliklərini bir yerdən daha rahat idarə etmək imkanı yaradır.

Kampaniya çərçivəsində Kapital Bank-dan və ya istənilən digər bankdan əməkhaqqı və ya təqaüd alan şəxslər 50 000 manatadək nağd pul kreditini 59 ayadək müddətə əldə edə bilərlər.

Birbank-ın təqdim etdiyi yeni imkan xüsusilə bir neçə kredit ödənişi olan və daha rahat maliyyə idarəçiliyi axtaran müştərilər üçün əlverişli həlldir.  Kreditlərin bir mərkəzdə birləşdirilməsi həm ödəniş prosesini sadələşdirir, həm də maliyyə yükünü daha rahat planlaşdırmağa imkan verir.

Kampaniyadan yararlanmaq istəyənlər onlara ən yaxın Kapital Bank/Birbank filialına yaxınlaşaraq bu fürsəti dəyərləndirə bilərlər.

Ətraflı məlumat üçün link: www.b-b.az/rkpr

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media