https://innews.media/uploads/news/2026-06/_innews_f1edfd07198290bda83fd0d0c_o.jpg
3 və 4 iyun 2026-cı il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
|
Notun |
İSİN |
Hərrac |
Hərraca çıxarılan məbləğ (manat) |
Nominal |
Miqdar |
Notun |
|
28 |
AZ2651024708 |
03.06.2026 |
20.000.000 |
100.000 |
200 |
01.07.2026 |
|
84 |
AZ2650024709 |
04.06.2026 |
20.000.000 |
100.000 |
200 |
27.08.2026 |
|
168 |
AZ2649024703 |
03.06.2026 |
7.500.000 |
100.000 |
75 |
18.11.2026 |
|
252 |
AZ2648024704 |
04.06.2026 |
5.000.000 |
100.000 |
50 |
11.02.2027 |
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcmi hərraca çıxarılan nominal həcmlə məhdudlaşır.
Hərracda iştirakçı sayı tələbi mövcud deyil.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.
Ən son xəbərləri səhifəmizdən də izləyin