https://innews.media/uploads/news/2026-06/_innews_112b22c0a5122fc1f7e03cc7a_o.jpg
Əməkdar artist Gülüstan Əliyeva Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb.
"innews media" xəbər verir ki, sənətçi foto paylaşaraq bu anı həyatının ən unudulmaz və qürurverici görüşlərindən biri adlandırıb:
"Canlı əfsanə, Xalq artisti Zeynəb Xanlarova ilə görüşmək mənim üçün böyük şərəf və unudulmaz bir xoşbəxt an oldu. Azərbaycan musiqisinin qızıl səsi olan bu dəyərli sənətkarın səmimiyyəti, müdrikliyi və böyük sənət yolu insana dərin bir ilham verir. Sənəti ilə milyonların qəlbində taxt quran Zeynəb xanıma möhkəm can sağlığı və yaradıcılığında yeni, parlaq uğurlar arzulayıram" sözlərini əlavə edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin