https://innews.media/uploads/news/2026-06/_innews_4c8e4a9e8af77a514b2ed8864_o.jpg
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Milli Azərbaycan Tarixi Muzeyində uşaqlıq dünyasına fərqli və nostalji baxış təqdim edən “Tarixin uşaq izləri” adlı sərginin açılış mərasimi keçirilib.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Fotoqrafları Birliyi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
Saat 15:00-da baş tutan açılış mərasimində mədəniyyət və incəsənət xadimləri, fotoqraflar, sənətsevərlər və çoxsaylı qonaqlar iştirak ediblər. Ekspozisiyada müxtəlif dövrlərin uşaqlıq xatirələrini, uşaq dünyasının saf enerjisini vizual yaddaşa köçürən rəngarəng fotolar nümayiş olunub.
Sərgi ziyarətçiləri sadəcə tarixi bir səyahətə çıxarmır, həm də zaman dəyişsə də uşaqlığın öz sadəliyini, marağını və təmiz sevincini necə qoruyub saxladığını fotoqrafiyanın və tarixi eksponatların dili ilə xatırladır. Nümayiş olunan fotoşəkillərdə insan faktorunun, xüsusilə uşaq simalarındakı emosiyaların dondurulmuş anları böyük maraqla qarşılanıb.
Azərbaycan Fotoqrafları Birliyi olaraq, uşaqlıq dünyasının və tarixin vizual yaddaşının qorunmasına xidmət edən bu mühüm layihədə tərəfdaş olmaqdan qürur duyuruq. Sərginin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edir, layihənin bədii yükünü və estetik tərəfini əks etdirən fotoşəkilləri oxucularımıza təqdim edirik.
Fotolar: Mahir Əhmədov









Ən son xəbərləri səhifəmizdən də izləyin