https://innews.media/uploads/news/2026-06/_innews_d90c4ecd3049faf5e593d9d72_o.jpg
Hövsan və Suraxanı qəsəbələrini əlaqələndirən 161 nömrəli, eləcə də Ramana yaşayış kompleksini “Koroğlu” NMM ilə əlaqələndirən 162 nömrəli şəhərətrafı marşrutların avtobusları yenilənib.
İyunun 1-dən hər iki müntəzəm marşrut üzrə müasir avtobuslar fəaliyyətə başlayıb.
161 nömrəli marşrut üzrə 10 avtobus, 162 nömrəli marşrut üzrə isə 9 avtobus 9-10 dəqiqə intervalla sərnişinlərin xidmətindədir.
Avtobuslarda ödəniş nağdsız qaydadadır.
Ən son xəbərləri səhifəmizdən də izləyin