https://innews.media/uploads/news/2026-05/_innews_4a29a97ce7286ac505e36f0be_o.jpg
Ölkənin birinci bankı Kapital Bank dünyanın tanınmış investisiya şirkətlərindən biri olan “Federated Hermes Limited” ilə əməkdaşlığa başlayıb. Bununla da Kapital Bank Azərbaycanda şirkətin ilk bank tərəfdaşına çevrilib.
Bu tərəfdaşlıq Kapital Bank-ın beynəlxalq maliyyə bazarlarına inteqrasiyası, həmçinin bankın xəzinədarlıq və likvidlik idarəetməsi sahəsində beynəlxalq təcrübəyə əsaslanan imkanların genişləndirilməsi istiqamətində atdığı mühüm addımlardan biridir.
Əməkdaşlıq çərçivəsində bank pul bazarlarına vəsaitlərin yerləşdirilməsi və likvidliyin daha səmərəli idarə olunması istiqamətində yeni imkanlar əldə edəcək.
Qeyd edək ki, “Federated Hermes Limited” Londonda yerləşən və beynəlxalq investisiya idarəçiliyi sahəsində fəaliyyət göstərən maliyyə qurumudur. Şirkət institusional və korporativ müştərilər üçün likvidlik idarəetməsi, sabit gəlirli alətlər, səhmlər və alternativ investisiya həlləri üzrə xidmətlər təqdim edir. Xüsusilə məsuliyyətli və dayanıqlı investisiya yanaşması (ESG) sahəsində qabaqcıl təcrübəsi ilə tanınan “Federated Hermes Limited” uzun illərdir qlobal maliyyə bazarlarında fəaliyyət göstərir.
Ən son xəbərləri səhifəmizdən də izləyin