https://innews.media/uploads/news/2022-11/_innews_dfb2fd0061beed891190f79fc_o.jpg
Zəfər günü münasibətilə "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyi tərəfindən DTX-nin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları Arzu Nağıyev, Elnur Allahverdiyev və Birliyin üzvləri iştirak etmişlər.
Tədbir Vətənimizin suverenliyi, Dövlətimizin təhlükəsizliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanmış, daha sonra Dövlət Himni səsləndirilmişdir.
Tədbiri açıq elan edən Birliyin sədri Fəxri Abasov Azərbaycan Respublikasının Müdafiə Nazirinin Birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevin adından Zəfər Günü-nün ikinci ildönümü münasibətilə Birliyin fəxri sədri, polkovnik Şamil Süleymanova Fəxri Fərman təqdim etmişdir.
Daha sonra çıxış üçün söz Milli Məclisin deputatı, Birliyin üzvü Arzu Nağıyevə, Birliyin üzvü Hamlet İsmayılova, Birliyin üzvü Elşad İsmayılova, Birliyin fəxri sədri Şamil Süleymanova və Milli Məclisin deputatı Elnur Allahverdiyevə verilmişdir.
Zəfər günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi tərəfindən Birliyin üzvləri Azər Quliyevə, Nigar Bəxtiyarovaya - Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat Orqanlarının 100 illiyi Yubiley medalı, Etibar Babayevə - "Qüsursuz Xidmətə görə" III dərəcəli medalı təqdim olunmuşdur.
Birliyin rəhbərliyi tərəfindən Milli Məclisin deputatı Elnur Allahverdiyevə - "Mehdi Hüseynzadə" yubiley medalı, Birliyin yeni üzvlərinə vəsiqələr təqdim olunmuşdur.
Tədbirin sonunda 44-günlük Vətən Müharibəsi zamanı Dövlət Təhlükəsiliyi Xidmətinin icra etdiyi əməliyyatlar, qələbənin əldə olunması üçün həyata keçirdiyi fəaliyyəti haqda "Görünməyən Qəhrəmənlar - DTX" sənədli filmi nümayiş olunmuşdur.
Tədbirin küçirilməsində dəstəyə görə DTX Mədəniyyət Mərkəzinin rəhbəri, Respublikanın əməkdar artisti, polkovnik Cabir İmanova və mərkəzin bütün heyətinə dərin təşəkkürümüzü bildiririk!
Ən son xəbərləri səhifəmizdən də izləyin