logo
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

01-02 may 2026-cı il tarixlərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının 6-cı turunun oyunları keçirilmişdir.

Mayın 01-də saat 12:00-da “Şamaxı” və “Omar” çövkən komandaları arasında baş tutan gərgin mübarizə “Omar” komandasının 1-3 hesablı qələbəsi, saat 13:00-da “Elit” və “Zəfər” komandaları arasında keçirilən günün ikinci oyunu “Elit” komandasının 3-2 hesablı qələbəsi ilə başa çatmışdır.

Turun 02 may tarixində keçirilən növbəti oyunları saat 12:00-da baş tutmuşdur. “Embawood” və “Atilla” komandaları arasında keçirilən günün ilk qarşılaşması “Embawood” komandasının 7-0 hesablı qələbəsi ilə başa çatmış, saat 13:00-da baş tutan qarşılaşma isə “Polad” komandasının “Buta Golden” komandası üzərində 2-0 hesablı qələbəsi ilə bitmişdir.

Saat 14:00-da “Sərhədçi” və “Xəzər” komandaları arasında keçirilmiş günün və turun son oyunu “Sərhədçi” komandasının 6-0 hesablı üstünlüyü ilə yekunlaşmışdır.

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında 7-ci turun oyunları  19-20 iyun 2026-cı il tarixlərində baş tutacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media