https://innews.media/uploads/news/2026-05/_innews_40e0251fba0fd45ee374903ec_o.jpg
PAŞA Bank-ın tərəfdaşlığı ilə həyata keçirilən Microsoft Dünya Çempionatının seçim prosesinin ilk mərhələsi olan hakaton 23 may 2026-cı il tarixində start götürdü.
Bakı Dizayn Akademiyası tərəfindən təşkil edilən tədbir hər il 30-dan çox ölkədən 400-dən artıq iştirakçını bir araya gətirir. Bu nüfuzlu dünya çempionatı bu il 27 iyulda Kaliforniyada keçiriləcək. Azərbaycan gəncləri ilk dəfə olaraq qlobal səviyyədə ölkəmizi təmsil etmək uğrunda artıq yarışa başladı.
200-dən çox müraciət arasından seçilmiş 50 iştirakçı bu gün hakatona qatılıb. Onlardan 20-i növbəti mərhələyə - beynəlxalq sertifikasiya imtahanına - keçmək hüququ qazanacaq. Həmin imtahandan uğurla çıxan 3 finalçı isə Kaliforniyaya yollanacaq və dünya səhnəsində 30 ölkənin nümayəndələri ilə yarışacaqlar.
Hakaton çərcivəsində çıxış edən PAŞA Bank-ın Marketinq departamentinin direktoru Günel Mavliyarova bu cür tədbirlərin gənc nəslin inkişafında xüsusi əhəmiyyətini vurğulayıb.
“Beynəlxalq proqramlar həm biliklərimizi, həm də peşəkar təcrübəmizi artırır. Bu cür təşəbbüslər yeni baxış və inkişaf imkanları yaradır. Dünya sürətlə dəyişir və vacib olan bu dəyişikliklərə uyğunlaşmağı bacarmaqdır. Belə proqramlar da məhz buna kömək edir,” – deyə, Mavliyarova bildirib.
Qeyd edək ki, prosesin hər mərhələsi iştirakçılara yarışma təcrübəsi ilə yanaşı, rəsmi Microsoft Excel beynəlxalq sertifikatı və qlobal peşəkar şəbəkəyə qoşulmaq imkanı da qazandırır.
Layihə Bakı Dizayn Akademiyasının təşkilatçılığı, PAŞA Bank, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Asan İnnovativ İnkişaf Mərkəzinin sponsorluğu, Certiport/Pearson və Microsoft-un tərəfdaşlığı ilə həyata keçirilir.
PAŞA Bank gənclərin inkişafı, rəqəmsal bilik və bacarıqların artırılması, eləcə də onların beynəlxalq platformalara çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərə davamlı dəstək göstərir. Bank insan kapitalının inkişafını dayanıqlı inkişafın əsas istiqamətlərindən biri hesab edir və gənclərin innovasiya, texnologiya və müasir peşə bacarıqları sahəsində inkişafına yönəlmiş layihələrə töhfə verir.
Ən son xəbərləri səhifəmizdən də izləyin