https://innews.media/uploads/news/2026-05/_innews_0a83aa7ccd8d86eeec38f9acb_o.jpg
Akademik Milli Dram Teatrında Əməkdar incəsənət xadimi Əli Əmirlinin "Kişi və qadın" əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb. Abbas Mirzə Şərifzadə adına səhnədə nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Vüqar Məmmədov, səhnə tərtibatçısı Eldar Nağıyev, geyim üzrə rəssamı Rəmziyyə İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənov, rəqs üzrə quruluşçu Lalə Hacıyeva, rejissor assistenti Ceyran Başarandır.
Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov yeni tamaşa münasibətilə yaradıcı heyəti təbrik edib, uğurlar arzulayıb.
Yeni səhnə əsərində Ramin Şıxəliyev, Vüsal Mustafayev və Samirə Xanlarova iştirak edirlər.
Tamaşada əsas hadisə uzun müddətdir ki, ailə bünövrəsi uçurum təhlükəsində olan ər və xanımının hələ də nikahda ikən bir-birinə yad olması, ünsiyyətin mənən, həm də sevgi və hörmət baxımından itməsi və nikahlarının rəmzi olaraq davam etməsidir.
Ən son xəbərləri səhifəmizdən də izləyin