https://innews.media/uploads/news/2026-05/_innews_4a1b4373c0aac1627cd77f50a_o.jpg
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin təşkil etdiyi növbəti Ümumi Yığıncaq keçirilib. Tədbirdə müxtəlif ictimai təşkilatların nümayəndələri, vətəndaş cəmiyyəti fəalları və gənclər iştirak ediblər.
Yığıncaqda Əbədi Birlik Gənclər İctimai Birliyi fəxri qonaq qismində təmsil olunub. Birliyin sədri, Qasım bəy Zakirin 8-ci kökdən nümayəndəsi İlkin Məmiyev tədbirdə iştirak edərək müzakirələrdə yer alıb.
Tədbiri giriş sözü ilə açan Nadir Azəri çıxışında söz azadlığının qorunmasının, vətəndaş cəmiyyətinin inkişafının və regional əməkdaşlığın əhəmiyyətindən bəhs edib. O, bu kimi platformaların ictimai institutlar arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Görüş çərçivəsində söz azadlığı, vətəndaş cəmiyyətinin inkişafı, regional əməkdaşlıq imkanları, eləcə də gənclərin ictimai proseslərdə rolu ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və yeni təşəbbüslərin formalaşdırılmasının vacibliyini qeyd ediblər.
Əbədi Birlik Gənclər İctimai Birliyi tərəfindən bildirilib ki, bu kimi beynəlxalq platformalar gənclərin ictimai fəallığının artırılması, region ölkələri arasında münasibətlərin inkişaf etdirilməsi və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda tədbirin təşkilatçılarına dəvətə və göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür ifadə olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin