logo
Akademik Milli Dram Teatrı Konya Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Akademik Milli Dram Teatrı Konya Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Akademik Milli Dram Teatrı Konya Beynəlxalq Teatr Festivalında iştirak edəcək Akademik Milli Dram Teatrı Konya Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Akademik Milli Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2-10 iyun tarixlərində keçiriləcək Konya Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Səfər çərçivəsində Akademik Milli Dram Teatrı ilə Türkiyənin Dövlət Teatrları Baş Müdirliyi İdarəsi arasında əməkdaşlıq haqqında Memorandum imzalanacaq. Sənədi Milli Teatrın direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Dövlət Teatrlarının Baş direktoru Tamer Qaradağlı imzalayacaq.

Akademik Milli Dram Teatrı iyunun 3-də Vilyam Şekspirin “Kral Lir” əsəri əsasında hazırlanmış “Kral Lirin faciəsi” tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru və bəstəkarı Şota Rustaveli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvarelidze, rejissoru Anar Babalıdır.

Əsərin tərcümə və səhnə variantının müəllifi Kamran Nəzirli, quruluşçu və geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistenti Nərmin Həsənovadır. Səhnə döyüşü və plastik həll Bəhruz Əhmədliyə məxsusdur.

Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı, Sabir Məmmədov, Əməkdar artistlər Münəvvər Əliyeva, Elnar Qarayev, Anar Heybətov, Elşən Rüstəmov, aktyorlar İlahə Həsənova, Rəbbilə Ələkbərzadə, Tural İbrahimov, Elsevər Rəhimov, Elçin Nurəliyev, Əliulla Vəliyev, Rəvan Səmədov, Vüsal Mustafayev, Kənan Hüseynov, Muhuma Sahov, Rüfət Əhmədov, Fərid Qarayev, Nicat İsgəndərov, Nihad Aslan və Aylin Həşimli iştirak edirlər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media