logo
Azərbaycan–Türkiyə dostluq konsertində gecənin parlayan səsi Rəvanə Qurbanova oldu

Azərbaycan–Türkiyə dostluq konsertində gecənin parlayan səsi Rəvanə Qurbanova oldu

Azərbaycan–Türkiyə dostluq konsertində gecənin parlayan səsi Rəvanə Qurbanova oldu Azərbaycan–Türkiyə dostluq konsertində gecənin parlayan səsi Rəvanə Qurbanova oldu

Bakıda keçirilən Azərbaycan–Türkiyə dostluq gecəsində gənc vokal ifaçısı Rəvanə Qurbanova xüsusi çıxışı ilə tamaşaçıların böyük rəğbətini qazanıb.

Beynəlxalq Muğam Mərkəzində təşkil olunan konsert proqramında Avropadan gələn Rotterdam Klassik Türk Musiqisi Xoru çıxış edib. Gecədə səslənən musiqi nömrələri arasında Rəvanə Qurbanovanın ifaları xüsusi maraqla qarşılanıb.

Müğənni konsert proqramında üç mahnı səsləndirib. Onlardan biri Azərbaycan, ikisi isə Türkiyə musiqilərindən ibarət olub. Rəvanə Qurbanovanın emosional və peşəkar səhnə performansı zalda böyük coşğu yaradıb. Tamaşaçıların sürəkli alqışları və ifalara göstərilən maraq onun çıxışının gecənin yaddaqalan məqamlarından biri olduğunu nümayiş etdirib.

Konsert başa çatdıqdan sonra da bir çox tamaşaçı sənətçiyə yaxınlaşaraq onu təbrik edib, ifalarını yüksək qiymətləndiriblər.

Millət vəkili Hikmət Babaoğlu da konsertdən sonra açıqlamasında Rəvanə Qurbanovanın ifasını xüsusi vurğulayıb. O, sənətçinin çıxışından böyük zövq aldıqlarını bildirərək, Rəvanə Qurbanovanın Azərbaycan musiqi sənətini layiqincə təmsil edən seçilən və dəyərli sənətçilərdən biri olduğunu qeyd edib. Millət vəkili gənc ifaçıya gələcək fəaliyyətində uğurlar arzulayıb, onun səsinin və səhnə mədəniyyətinin tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandığını ifadə edib.

Qeyd edək ki, tədbirin əsas məqsədi Azərbaycan və Türkiyə arasında ortaq mədəni dəyərlərin, musiqi ənənələrinin və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, bu zəngin irsin gələcək nəsillərə çatdırılması olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin