https://innews.media/uploads/news/2026-05/_innews_fdc101dcd064439ae822e4a87_o.jpg
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Azərbaycan Mühəndislik Akademiyasının “20 il xidmətinə görə” yubiley döş nişanı ilə təltif edilib.
"innews media" xəbər verir ki, bununla bağlı Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti Əhəd Canəhmədov ilə keçirilən görüşdə qaz təchizatı sahəsində görülən işlər, tətbiq olunan müasir texnologiyalar və xidmət keyfiyyətinin artırılması istiqamətində əldə olunan nəticələr barədə geniş fikir mübadiləsi aparılıb.