logo
Eşitlik ve Adalet Partisi Ankara Baş Qərargahında Önəmli Toplantı Keçirildi

Eşitlik ve Adalet Partisi Ankara Baş Qərargahında Önəmli Toplantı Keçirildi

Eşitlik ve Adalet Partisi Ankara Baş Qərargahında Önəmli Toplantı Keçirildi Eşitlik ve Adalet Partisi Ankara Baş Qərargahında Önəmli Toplantı Keçirildi

Ankara şəhərində yerləşən Eşitlik ve Adalet Partisi Baş Qərargahında partiyanın gələcək fəaliyyət istiqamətləri, sosial layihələr və Türkiyənin inkişaf perspektivləri ilə bağlı geniş tərkibli toplantı keçirilib.

Toplantıda partiyanın Genel Başkanı Suvat Kılıç, Genel Sekreteri Saliha Gündoğdu, Genel Başkan Yardımcısı və tanınmış rejissor Mehmet Ali Gündoğdu, eləcə də aktrisa Semra Sevinç iştirak ediblər.

Saatlarla davam edən görüş zamanı partiya təşkilatlanması, gənclərlə bağlı layihələr, sosial həmrəylik proqramları və cəmiyyətin bütün təbəqələrini əhatə edən təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə xüsusilə bərabərlik, ədalət, qardaşlıq və milli birlik mesajları ön plana çıxarılıb.

Toplantıdan sonra açıqlama verən Genel Başkan Suvat Kılıç bildirib:

“Bizim yolumuz ədalətin, bərabərliyin və xalqın yoludur. Heç kimin kənarlaşdırılmadığı bir Türkiyə üçün çalışırıq. Eşitlik ve Adalet Partisi olaraq xalqımızın yanında olmağa davam edəcəyik.”

Genel Sekreter Saliha Gündoğdu isə qadınların, gənclərin və zəhmətkeş insanların cəmiyyətdə daha güclü təmsil olunması istiqamətində mühüm layihələrin hazırlandığını qeyd edib. O, partiyanın gündən-günə böyüdüyünü və ictimai dəstəyin artdığını vurğulayıb.

Toplantının diqqət çəkən simalarından olan Mehmet Ali Gündoğdu çıxışında sənət və mədəniyyətin cəmiyyət üzərindəki roluna toxunaraq bildirib:

“Sənət cəmiyyətin aynasıdır. Biz yalnız siyasəti deyil, eyni zamanda mədəni və sosial inkişafı da önəmli hesab edirik. Türkiyənin gələcəyində gənclərin, sənət adamlarının və zəhmət çəkən hər kəsin söz sahibi olması vacibdir.”

Aktrisa Semra Sevinç də çıxışında birlik və həmrəylik mesajları verərək cəmiyyətin bütün təbəqələrinin bərabər hüquqlara sahib olmasının vacibliyini qeyd edib.

Partiya rəhbərliyi toplantıdan sonra Türkiyənin müxtəlif bölgələrində həyata keçiriləcək yeni layihələr üzrə hazırlıq işlərinə sürət verildiyini açıqlayıb. Xüsusilə gənclərlə bağlı proqramlar, sosial yardım fəaliyyətləri və mədəni tədbirlərin yaxın dövrdə daha geniş miqyasda həyata keçiriləcəyi bildirilib.

Sonda partiya rəhbərliyinin yaydığı birgə bəyanatda qeyd olunub:

“Bərabərlikdən, ədalətdən və qardaşlıqdan yana olan hər kəsi partiyamızın sıralarında görmək istəyirik. Türkiyənin gələcəyini birlikdə quracağıq.”

Partiya rəsmiləri yaxın zamanda yeni layihələrin ictimaiyyətə təqdim ediləcəyini və ölkə üzrə vətəndaşlarla görüşlərin davam etdiriləcəyini bildiriblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin