logo
Səyyar ASAN xidmət Gürcüstanda soydaşlarımıza xidmət göstərəcək

Səyyar ASAN xidmət Gürcüstanda soydaşlarımıza xidmət göstərəcək

Səyyar ASAN xidmət Gürcüstanda soydaşlarımıza xidmət göstərəcək Səyyar ASAN xidmət Gürcüstanda soydaşlarımıza xidmət göstərəcək

5-7 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində Səyyar ASAN xidmət fəaliyyət göstərəcək.

Təşəbbüs çərçivəsində Azərbaycan vətəndaşlarına aşağıdakı xidmətlər göstəriləcək:

- şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

- sürücülük vəsiqələrinin dəyişdirilməsi

- məhkumluq barədə arayışların verilməsi

Elektron Növbə Portalı vasitəsilə əvvəlcədən növbə götürməklə xidmətlərdən yararlanmaq mümkündür. Növbə götürmək üçün portalda Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyini seçərək 5, 6 və 7 iyun tarixlərinə uyğun xidmət növünü qeyd etmək lazımdır.

Zəruri sənədlərin siyahısı aşağıda qeyd edilən linkdə mövcuddur.  Sənədləri natamam olan müraciətlərə baxılmayacaq.

https://diaspor.gov.az/pdf/01052026/info.pdf

Vətəndaşlardan növbə vaxtından ən azı 15 dəqiqə əvvəl səfirlikdə olmaları xahiş olunur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin