logo
Azərkosmos DIFI Konsorsiumuna üzv olub

Azərkosmos DIFI Konsorsiumuna üzv olub

Azərkosmos DIFI Konsorsiumuna üzv olub Azərkosmos DIFI Konsorsiumuna üzv olub

AZCON Holdinq şirkətlərindən olan Azərkosmos beynəlxalq DIFI (Digital Intermediate Frequency Interoperability) Konsorsiumuna üzv olub.

Qeyd edək ki, DIFI Konsorsiumu peyk rabitəsi sənayesində müxtəlif sistem və platformalar arasında uyğunluğun artırılması, peyk idarəetmə mərkəzlərinin rəqəmsallaşması, açıq standartların inkişafı və gələcək nəsil peyk rabitə həllərinin təşviqi məqsədilə fəaliyyət göstərən beynəlxalq təşkilatdır.

Konsorsiumun tərkibində dünyanın aparıcı peyk operatorları, texnologiya şirkətləri və sənaye iştirakçıları təmsil olunur.

Yeni üzvlük Azərkosmosun innovativ və dayanıqlı rəqəmsal infrastrukturun təşviqi istiqamətində fəaliyyətini daha da gücləndirəcək. Bu addım ölkənin rəqəmsal transformasiya və texnoloji inkişaf istiqamətində həyata keçirilən strateji təşəbbüsləri dəstəkləyir.

Azərkosmosun konsorsiuma üzvlüyü quruma texniki işçi qruplarında iştirak etmək, sənaye standartlarının formalaşdırılması prosesinə töhfə vermək və qlobal peyk rabitəsi ekosistemində beynəlxalq əməkdaşlığı daha da genişləndirmək imkanı yaradacaq. Üzvlük eyni zamanda yeni kommersiya imkanlarının yaradılması, peşəkar təlimlərə çıxış, eləcə də bu sahədə beynəlxalq standartlara cavab verən proqram təminatı və normativ yanaşmaların tətbiqi baxımından da mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərkosmos həmçinin Dünya Teleport Assosiasiyası (WTA), İslam Ölkələri Kosmik Elmlər və Texnologiyalar Şəbəkəsi (ISNET), Qlobal Peyk Operatorları Assosiasiyası (GSOA), Beynəlxalq Astronavtika Federasiyası (IAF) və digər beynəlxalq təşkilatların aktiv üzvüdür.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin