logo
800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib 800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib

Bakı Dövlət Universitetinin (BDU) 800-dən çox tələbəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da iştirak edib.

42 kilometrlik məsafəni əhatə edən və “Küləyə qalib gəl” şüarı altında keçirilən marafonda finiş xəttini ilk minlikdə keçən BDU tələbələri “Bakı Marafonu 2026”nın xüsusi medalları ilə təltif olunublar.

2016-cı ildən təşkil edilən “Bakı Marafonu” idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır. Doqquzuncu dəfə keçirilən marafonda 25 minədək iştirakçı yarışıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin