logo
"Heydər Əliyev və Türk dünyası" - Pedaqoji Universitetdə elmi seminar

"Heydər Əliyev və Türk dünyası" - Pedaqoji Universitetdə elmi seminar

"Heydər Əliyev və Türk dünyası" - Pedaqoji Universitetdə elmi seminar "Heydər Əliyev və Türk dünyası" - Pedaqoji Universitetdə elmi seminar

Mayın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Türkoloji mərkəz və Tarix və coğrafiya fakültəsinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Türk dünyası" mövzusunda elmi seminar keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də vətənin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin moderatoru, Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri dosent Dəyanət Musayev seminar iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətindən danışıb.

Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov türk dünyası və onun birliyində Ulu Öndər Heydər Əliyevin rolundan söz açıb. 

Çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli kimliyin qorunması və beynəlxalq münasibətlərdə balanslı siyasətin qurulmasında müstəsna rol oynamış dahi lider olduğunu vurğulayaraq Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın yalnız regionda deyil, həm də türk dünyasında öz layiqli yerini tutduğunu qeyd edib.

Daha sonra Tarix və coğrafiya fakültəsinin dekanı dosent Asif Axundov tarixi yaddaşımızın yaşadılması və təbliğində bu kimi tədbirlərin əhəmiyyətinə diqqət çəkib.

Seminarda Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının professoru Sevinc Seyidova, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi dosent İmanyar Quliyev, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Türkoloji mərkəzin rəhbəri dosent Şəkər Məmmədova, professor İbrahim Bayramov, Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova Heydər Əliyev fenomeni, Ulu Öndərin türk dünyası birliyində rolu və bu siyasətin günümüzdə də uğurla davam etdirilməsi haqqında geniş məlumat veriblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin