logo
ITA Airways süni intellektlə yanacaq sərfiyyatını və emissiyaları azaltmağı hədəfləyir

ITA Airways süni intellektlə yanacaq sərfiyyatını və emissiyaları azaltmağı hədəfləyir

ITA Airways süni intellektlə yanacaq sərfiyyatını və emissiyaları azaltmağı hədəfləyir ITA Airways süni intellektlə yanacaq sərfiyyatını və emissiyaları azaltmağı hədəfləyir

İtaliyanın milli aviadaşıyıcısı ITA Airways süni intellekt əsaslı texnologiya vasitəsilə yanacaq sərfiyyatını və karbon emissiyalarını azaltmağı planlaşdırır.

Şirkətin açıqlamasına görə, SITA OptiFlight® adlı sistem təyyarələrin qalxma mərhələsini optimallaşdıraraq daha səmərəli uçuş rejimi formalaşdırır. Sistem real vaxt hava məlumatları və təyyarəyə xas göstəricilər əsasında hava sürəti, hündürlük keçidləri və digər parametrləri avtomatik tənzimləyir.

ITA Airways bildirir ki, bu texnologiya sayəsində 2025–2026-cı illər ərzində 7,100 tondan çox yanacağa qənaət və 22,100 tondan artıq CO₂ emissiyasının azaldılması gözlənilir.

Sistem artıq aviaşirkətin bütün donanması üzrə tətbiq olunur. Hər bir təyyarə üçün ayrıca modelləşdirmə aparılır ki, bu da müxtəlif hava və əməliyyat şəraitində daha dəqiq nəticələr əldə etməyə imkan verir.

ITA Airways-in İnnovasiya və Strateji Layihələr üzrə rəhbəri Françesko Presiççe bildirib ki, süni intellektin tətbiqi şirkətin uzunmüddətli inkişaf və davamlılıq strategiyasının bir hissəsidir. Onun sözlərinə görə, bu yanaşma əməliyyat səmərəliliyini və təhlükəsizliyi qorumaqla yanacaq sərfiyyatını azaltmağa imkan verir.

SITA for Aircraft şirkətinin baş direktoru Yann Kabare isə qeyd edib ki, aviasiya sektorunda emissiyaların azaldılması əsas çağırışlardan biridir və bu istiqamətdə məlumatlara əsaslanan həllər mühüm rol oynayır.

Qeyd edək ki, yanacaq xərcləri aviaşirkətlərin əsas xərc maddələrindən biri hesab olunur və bu sahədə optimallaşdırma həm ekoloji, həm də iqtisadi baxımdan əhəmiyyətlidir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin