https://innews.media/uploads/news/2026-05/_innews_8b42da7adbdc034f02278c247_o.jpg
Azərbaycan vətəndaşları üçün səyyar xidmətlər Gürcüstan paytaxtında təşkil olunur. ASAN xidmət tərəfindən həyata keçiriləcək səyyar xidmət proqramı çərçivəsində Tbilisi şəhərində yaşayan vətəndaşlara bir sıra mühüm xidmətlər təqdim ediləcək.
Məlumata görə, tədbir Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi binasında 5, 6 və 7 iyun 2026-cı il tarixlərində baş tutacaq.
Vətəndaşlara aşağıdakı xidmətlər göstəriləcək:
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi
- Məhkumluq barədə arayışların verilməsi
Qeyd olunur ki, xidmətlərdən yararlanmaq istəyən şəxslər əvvəlcədən Elektron Növbə Portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Bunun üçün portalda Səfirlik seçilməli, müvafiq xidmət və tarix (5, 6 və 7 iyun) düzgün qeyd olunmalıdır.
Tədbirin keçiriləcəyi ünvan:
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi
Səyyar xidmətin təşkili xaricdə yaşayan Azərbaycan vətəndaşlarının dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq məqsədi daşıyır.