https://innews.media/uploads/news/2026-05/_innews_5c9db383941cdd8b7bdd55cac_o.jpg
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Lalə Qəhrəmanlı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Elm və Texnologiyada Avropa Əməkdaşlığı (Europian Cooporation in Science and Technology - COST) proqramının dəstəyi ilə keçirilən beynəlxalq tədbirdə iştirak edib.
“Məhdud molekulyar sistemlər: yeni nəsil materiallardan ulduzlara qədər (CA21101, Confined Molecular Systems: From a New Generation of Materials to the Stars – COSY)” layihəsi çərçivəsində təşkil olunan IV ümumi görüş Madrid şəhərində, İspaniya Milli Elmi Tədqiqatlar Şurasının Fundamental Fizika İnstitutunda keçirilib.
Lalə Qəhrəmanlı tədbirdə “Fotokataliz üçün 2D/1D Qrafen/Ag-Ag2S-Ag2O Plazmonik-yarımkeçirici-metal oksid sinergetikası” adlı məruzə ilə çıxış edib. Məruzədə 2D/1D hibrid nanoquruluşları əsasında hazırlanmış qrafen/Ag-Ag2S-Ag2O fotokatalitik sistemlərin sintezi, quruluş və optik xassələri, fotokatalitik aktivliyi və tətbiq imkanları ətraflı izah olunub.
Çıxış iştirakçılar tərəfindən maraqla qarşılanıb, sonda məruzəçi sualları cavablandırıb.