logo
ADPU-da intellektual liqa yekunlaşıb

ADPU-da intellektual liqa yekunlaşıb

ADPU-da intellektual liqa yekunlaşıb ADPU-da intellektual liqa yekunlaşıb

Aprelin 25-də Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində universitetdə ilk dəfə keçirilən “Kvartet” oyun formatlı intellektual liqanın final oyunu keçirilib. Final mərhələsində Bakı Şəhər Gənclər və İdman idarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Həmid-Xan Tahirli, ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi İsmayıl Nəsirov, Heydər Əliyev Mərkəzinin mütəxəssisi Tərlan Ağayev, ADPU TGT-nin sədri Elmira Babayeva və liqanın yarımfinal və finalçıları iştirak ediblər.

2 ay müddətində davam edən yarışmanın finalı 5 mərhələdən ibarət olub. Bu mərhələlərdə iştirakçılar müxtəlif mövzuları əhatə edən sualları cavablandırıblar. Gərgin mübarizə şəraitində keçən yarışın sonunda “Kod 1+3” komandası rəqiblərini qabaqlayaraq lqanın çempionu olub. “Mahşerin 4 atlısı” komandası II, “Odisseya” komandası III pillənin sahibi olub.

Turnirin yekununda ilk üç yerin qalibləri diplom və medallarla təltif olunub, çempion  komandaya kubok təqdim edilib. Yarımfinal mərhələsinə yüksələn bütün iştirakçılara sertifikatlarla mükafatlandırılıblar. Bununla yanaşı, turnir boyunca göstərdiyi yüksək nəticələr və aktiv oyunu ilə fərqlənən Samir Hüssöynov "Ən yaxşı oyunçu" adına layiq görülərək xüsusi təltif edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin