https://innews.media/uploads/news/2026-04/_innews_4e88eefa3050ef963b3a11b8e_o.jpg
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin və “YeniSən” platformasının birgə təşkilatçılığı ilə 25 aprel tarixində Avropa Azərbaycan Məktəbində “Sərhədləri Aşan Gənclər” Forumu uğurla həyata keçirildi.
600-ə yaxın gəncin iştirak etdiyi forum gənclərin inkişafı, liderlik, innovativ düşüncə və yeni imkanlar ətrafında müxtəlif mövzuları bir araya gətirərək iştirakçılar üçün ilhamverici bir rol oynadı. Tədbir çərçivəsində musiqili çıxışlar və spiker sessiyaları təşkil olundu. Forumda Trilogy News CEO-su və IDDA-nın rəqəmsal marketinq şöbəsinin müdiri Alican Arkun, “United Coffee Beans”in təsisçisi Pərviz Dadaşov, “İşartı”nın təsisçisi və direktoru Cahan Hommadova, televiziya və radio aparıcısı, influenser Nərmin Knyaz və YeniSən-in təsisçisi və CEO-su Turan Şabanov çıxış edərək öz təcrübələrini gənclərlə bölüşdülər.
Forumun tərəfdaş və sponsorları da tədbirə xüsusi rəng qatdı. Red Bull Gaming Ground oyun zonası ilə, Starbucks və United Coffee Beans kofeləri ilə, Berqa çayları, Ülker müxtəlif şirniyyat təqdimatları ilə forum iştirakçılarının yanında oldu. INK Academy və ADDIM gənclərə endirim kuponları təqdim etdilər.