https://innews.media/uploads/news/2026-04/_innews_9c15d31a52b30534edb2ad38f_o.jpg
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr prorektorluğunun və Polşanın Rjeşov Universitetinin Pedaqogika İnstitutunun birgə təşkilatçılığı ilə “Sosial problemlər” mövzusunda beynəlxalq akademik konfrans keçirilib.
Tədbirdə Azərbaycan, Çin, Malayziya, Tayland, Polşa, Çexiya, Şri Lanka, Böyük Britaniya, Çili, Rumıniya, Pakistan, Türkiyə, Litva, Avstriya və Özbəkistan daxil olmaqla 15 ölkədən 200-dən çox alim, tədqiqatçı və mütəxəssislər iştirak ediblər. Konfransın əsas məqsədi müasir cəmiyyətdə mövcud olan sosial problemləri yerli, milli və qlobal səviyyədə araşdırmaq, müzakirə etmək və elmi həll yolları təqdim etmək olub.
Konfransın giriş hissəsində Bakı şəhərinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Xarici ölkələrdən qatılan iştirakçılar videonu böyük maraq və heyranlıqla izləyərək Bakının gözəlliyini yüksək qiymətləndiriblər.
Konfrans çərçivəsində sosial bərabərsizlik, təhsil sistemləri, gənclərin problemləri, rəqəmsal transformasiya, sağlamlıq və rifah kimi aktual mövzular üzrə geniş fikir mübadiləsi aparılıb.