logo
Paytaxtda xüsusi internat məktəbində yanğın olub - xəsarət alan yoxdur

Paytaxtda xüsusi internat məktəbində yanğın olub - xəsarət alan yoxdur

Paytaxtda xüsusi internat məktəbində yanğın olub - xəsarət alan yoxdur Paytaxtda xüsusi internat məktəbində yanğın olub - xəsarət alan yoxdur

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) yaydığı məlumata görə, aprelin 22-də paytaxtdakı Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində elektrik naqillərində baş verən qısaqapanma nəticəsində kiçikhəcmli yanğın qeydə alınıb.

Hadisə ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə məlumat verilib və operativ müdaxilə nəticəsində alovun yayılmasının qarşısı alınıb.

Bildirilib ki, internat məktəbində olan uşaqların və işçilərin təhlükəsizliyi tam təmin olunub, hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən yanğının başvermə səbəbləri araşdırılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin