logo
Zəngi liseyində mediasiya ilə bağlı maarifləndirici seminar keçirildi

Zəngi liseyində mediasiya ilə bağlı maarifləndirici seminar keçirildi

Zəngi liseyində mediasiya ilə bağlı maarifləndirici seminar keçirildi Zəngi liseyində mediasiya ilə bağlı maarifləndirici seminar keçirildi

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvü, 23 saylı Mediasiya təsisçisi Esmira Rzayevanın iştirakı ilə Zəngi liseyində seminar təşkil olunub.

Tədbir zamanı şagirdlərə mediasiyanın mahiyyəti, üstünlükləri və mübahisələrin alternativ həll yolları barədə ətraflı məlumat verilib. Eyni zamanda, “Məktəbli mediatorların yetişdirilməsi” layihəsi lisey kollektivinin diqqətinə çatdırılıb və bu təşəbbüsün şagirdlər arasında ünsiyyət, əməkdaşlıq və münaqişələrin sülh yolu ilə həlli bacarıqlarının formalaşmasında rolu vurğulanıb.

Tədbirdə həmçinin 23 saylı Mediasiya Təşkilatının mediatorları Gülnar Səfərova və Elçin Quliyev də iştirak ediblər.

Maarifləndirici və interaktiv formada keçirilən seminar şagirdlər və müəllim heyəti tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin əsas məqsədi gənclər arasında hüquqi savadlılığın artırılması və mediasiya mədəniyyətinin təşviq olunması olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin