logo
Maqsud İbrahimbəyovun “Qora libosli ayol tashrifi” kitabının təqdimatı keçiriləcək

Maqsud İbrahimbəyovun “Qora libosli ayol tashrifi” kitabının təqdimatı keçiriləcək

Maqsud İbrahimbəyovun “Qora libosli ayol tashrifi” kitabının təqdimatı keçiriləcək Maqsud İbrahimbəyovun “Qora libosli ayol tashrifi” kitabının təqdimatı keçiriləcək

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xalq yazıçısı, dövlət mükafatı laureatı, görkəmli ictimai xadim Maqsud İbrahimbəyovun “Qora libosli ayol tashrifi” (Qara paltarlı qadın) adlı əsərinin özbək dilində nəşrinin təqdimatı keçiriləcək.

“Qora libosli ayol tashrifi” əsəri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi çərçivəsində özbək dilinə tərcümə edilərək nəşr olunub.

Təqdimat mərasimində elm və ədəbiyyat xadimləri, mədəniyyət nümayəndələri, ictimaiyyət təmsilçiləri, jurnalistlər və yerli azərbaycanlı icmasının üzvlərinin iştirakı nəzərdə tutulur.

Tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppası tərəfindən əsərin motivləri əsasında hazırlanmış teatrlaşdırılmış səhnə kompozisiyasının nümayişi planlaşdırılır.

Qeyd olunur ki, əsərin özbək dilində nəşri Azərbaycan ədəbiyyatının daha geniş oxucu auditoriyasına çatdırılmasına və Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığın inkişafına töhfə verəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin