logo
Qadın voleybolunda mübarizə qızışır: cavab oyunları həlledici olacaq

Qadın voleybolunda mübarizə qızışır: cavab oyunları həlledici olacaq

Qadın voleybolunda mübarizə qızışır: cavab oyunları həlledici olacaq Qadın voleybolunda mübarizə qızışır: cavab oyunları həlledici olacaq

Qadın voleybolçuların Yüksək Liqasında pley-off mərhələsinə start verilib.

1/4 finalın ilk oyunlarında “Turan” 3:0 hesabı ilə “Murov Az Terminalı”ı, “DH Volley” eyni hesabla “AZERRAIL”i, “Milli Aviasiya Akademiyası” 3:2 hesabı ilə “Abşeron”u, “Gəncə” isə 3:2 hesabı ilə UNEC-i məğlub edib.

Bu klubların cavab oyunları aprelin 2 və 3-də keçiriləcək. İki oyundan sonra komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyən etmək üçün qızıl set oynanılacaq.

Yüksək Liqa | 1/4 final, 1-ci oyunlar

Oyunların nəticələri

27 mart 2026

Yüksək Liqa (qadınlar) | 1/4 final, 1-ci oyun

“Murov Az Terminal” – “Turan” 0:3 (20:25, 18:25, 18:25)

“AZERRAIL” – “DH Volley” 0:3 (14:25, 22:25, 19:25)

28 mart 2026

“Abşeron” – “Milli Aviasiya Akademiyası” 2:3 (23:25, 26:24, 21:25, 25:22, 6:15)

UNEC – “Gəncə” 2:3 (19:25, 21:25, 25:16, 25:23, 14:16)

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin