logo
Qadın voleybolunda pley-off cütləri bəlli oldu - son tur gərgin keçdi

Qadın voleybolunda pley-off cütləri bəlli oldu - son tur gərgin keçdi

Qadın voleybolunda pley-off cütləri bəlli oldu - son tur gərgin keçdi Qadın voleybolunda pley-off cütləri bəlli oldu - son tur gərgin keçdi

Qadın voleybolçuların Yüksək Liqasında ilkin mərhələnin son oyunu keçirilib. Bu gün XVIII turun son qarşılaşmasında “Abşeron” komandası “Gəncə”nin qonağı olub. Gəncə İdman Sarayında baş tutan matçda "Gəncə" klubu 3:2 hesabı ilə qalib gəlib. Bununla, komanda ümumi qələbələrinin sayını 8-ə çatdırıb. "Gəncə" və "Abşeron" klublarının qələbə sayı bərabərləşdiyindən daha çox xalı olan "Gəncə" bu mərhələni 4-cü yerdə başa vurur.

Beləliklə, qadınların Yüksək Liqasında 18 turun yekununda ilk 8 yeri tutan “Turan”, “DH Volley”, “Milli Aviasiya Akademiyası”, “Gəncə”, UNEC, “Abşeron”, “AZERRAIL”, “Murov Az Terminal” komandaları növbəti mərhələyə yüksəliblər.

Pley-off mərhələsində 1/4 və 1/2 finallar evdə və səfərdə olmaqla iki qarşılaşmadan ibarət olacaq. İki oyundan sonra komandaların qələbələri bərabər olarsa, qalibi müəyyən etmək üçün qızıl set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir oyun olacaq.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları martın 27-də start götürəcək.

Pley-off mərhələsinin cütləri:

(1) “Turan” – (8) “Murov Az Terminal”

(2) “DH Volley” – (7) “AZERRAIL”

(3) “Milli Aviasiya Akademiya” – (6) “Abşeron”

(4) “Gəncə” – (5) UNEC

Qadın və kişi voleybolçuların Yüksək Liqalarında bu həftə keçirilən oyunların nəticələri

17 mart

Yüksək Liqa (kişilər)

XVIII tur 

“Neftçi” – “Gənclər” 3:0 (25:18, 25:14, 25:17)

“ORDU” – “Murov Az Terminal” 3:2 (25:21, 20:25, 25:22, 23:25, 20:18)

Ünvan: FHN-nin idman zalı

17 mart

Yüksək Liqa (qadınlar)

XVIII tur 

“Turan” – “Murov Az Terminal” 3:1 (25:13, 25:20, 21:25, 25:19)

Ünvan: Tovuz OİK

18 mart

Yüksək Liqa (kişilər)

XVIII tur 

“AZERRAIL” – “Xilasedici” 2:3 (15:25, 25:20, 24:26, 25:23, 10:15)

Ünvan: FHN-nin idman zalı

18 mart

Yüksək Liqa (qadınlar)

XVIII tur  (son tur)

 “Gənclər” – “AZERRAIL” 0:3 (15:25, 11:25, 13:25)

“DH Volley” – “Milli Aviasiya Akademiyası” 3:1 (25:18, 22:25, 25:23, 25:18)

Ünvan: AVF-nin idman zalı

19 mart

Yüksək Liqa (qadınlar)

XVIII tur (son tur)

“Gəncə” – “Abşeron” 3:2 (25:21, 23:25, 23:25, 25:18, 15:13)

Ünvan: Gəncə İdman Sarayı

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin