logo
Azərbaycan birinciliyində finalçılar müəyyənləşib

Azərbaycan birinciliyində finalçılar müəyyənləşib

Azərbaycan birinciliyində finalçılar müəyyənləşib Azərbaycan birinciliyində finalçılar müəyyənləşib

Bu gün AVF-nin idman zalında 16 yaşadək (U-16) qızlar və oğlanlar arasında voleybol üzrə Azərbaycan birinciliyinin yarımfinal oyunları keçirilib.

Qızların yarışında ilk yarımfinal qarşılaşmasında “AZERRAIL” komandası “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib. Rəqibini 3:0 hesabı ilə məğlub edən “AZERRAIL” finala vəsiqə qazanıb. Digər yarımfinal matçında isə “Şərqi Zəngəzur RVK” komandası “Xarı Bülbül-3” üzərində 3:0 hesablı qələbə qazanaraq finala yüksəlib.

Beləliklə, sabah keçiriləcək üçüncü yer uğrunda oyunda “Milli Aviasiya Akademiyası” və “Xarı Bülbül-3”, final görüşündə isə “AZERRAIL” və “Şərqi Zəngəzur RVK” komandaları qarşılaşacaqlar.

Günün ikinci yarısında oğlanlar arasında yarımfinal oyunları baş tutub. İlk yarımfinal qarşılaşmasında “Bakı RVK” komandası “Oğuz RVK” üzərində 3:0 hesablı qələbə qazanaraq finala yüksəlib. Digər yarımfinal matçında isə “ Sumqayıt RVK ” “ Embawood ” komandasını 3:1 hesabı ilə məğlub edərək finala vəsiqə əldə edib.

Beləliklə, oğlanların yarışında üçüncü yer uğrunda oyunda “Oğuz RVK” və “Embawood”, final qarşılaşmasında isə “Bakı RVK” və “Sumqayıt RVK ” komandaları üz-üzə gələcəklər.

Sabah keçiriləcək üçüncü yer uğrunda və final görüşləri GİN-in Voleybol Mərkəzində təşkil olunacaq. Oyunlardan sonra qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.

Yarımfinal oyunlarınn nəticələri 

14 mart

U-16 (qızlar)

“AZERRAIL” – “Milli Aviasiya Akademiyası” 3:0 (25:13, 25:20, 25:9)

“Xarı Bülbül-3” - “Şərqi Zəngəzur RVK” 0:3 (10:25, 9:25, 16:25)

Ünvan: AVF-nin idman zalı

U-16 (oğlanlar)

“Bakı RVK” - “Oğuz RVK” 3:0 (25:16, 25:17, 25:17)

“Sumqayıt RVK” – “Sumqayıt RVK” 3:1 (24:26, 25:21, 25:17, 25:15)

 Ünvan: AVF-nin idman zalı

15 mart

U-16 (oğlanlar)

3-cü yer

09:00. “Oğuz RVK” – “Embawood”

U-16 (qızlar)

3-cü yer

11:00. “Milli Aviasiya Akademiyası” - “Xarı Bülbül-3”

U-16 (qızlar)

Final

13:00. “AZERRAIL” - “Şərqi Zəngəzur RVK”

U-16 (oğlanlar)

Final

15:00. “Bakı RVK” – “Sumqayıt RVK”

Oyunlardan sonra mükafatlandırma mərasimi

Ünvan: GİN-in Voleybol Mərkəzi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin