logo
Qadınlardan ibarət 3x3 millimiz FİBA Çempionlar Kubokunun yarımfinalında

Qadınlardan ibarət 3x3 millimiz FİBA Çempionlar Kubokunun yarımfinalında

Qadınlardan ibarət 3x3 millimiz FİBA Çempionlar Kubokunun yarımfinalında Qadınlardan ibarət 3x3 millimiz FİBA Çempionlar Kubokunun yarımfinalında

Qadınlar arasında keçirilən 3x3 basketbol üzrə FİBA Çempionlar Kubokunda millimizin qrup oyunları yekunlaşıb. Millimiz birinci qrup oyununda Kanada seçməsinə 10:16 hesabı ilə məğlub olsa da, ikinci görüşdə ev sahibi Tailand komandasına 21:8 hesabı ilə qalib gəlib. Qızlarımız qrupun son oyununda İspaniya seçməsinə 16:11 hesabı ilə qalib gələrək, qrup ikincisi kimi yarımfinala vəsiqə qazanıb. Millimizin yarımfinal oyunu 15 mart Bakı vaxtı ilə saat 10:15-də baş tutacaq.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə verən Olimpiya Təsnifat turnirində iştirak hüququ qazanacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin