logo
Millimiz FİBA Çempionlar Kubokunda ilk qələbəsini qazanıb

Millimiz FİBA Çempionlar Kubokunda ilk qələbəsini qazanıb

Millimiz FİBA Çempionlar Kubokunda ilk qələbəsini qazanıb Millimiz FİBA Çempionlar Kubokunda ilk qələbəsini qazanıb

Bu gün FİBA Çempionlar Kubokunda iştirak edən qadınlardan ibarət 3x3 millimiz B qrupunda ilk oyunlarını keçirib. Qızlarımız birinci qrup oyununda Kanada seçməsinə 10:16 hesabı ilə məğlub olsa da, ikinci görüşdə ev sahibi Tailand komandasına 21:8 hesabı ilə qalib gəliblər. Millimizin qrupda sonuncu oyunu sabah Bakı vaxtı ilə saat 12:30-da İspaniya yığmasına qarşı olacaq.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə verən Olimpiya Təsnifat turnirində iştirak hüququ qazanacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin