logo
ADPU-nun fakültə və filiallarında Novruz bayramı qeyd edilib

ADPU-nun fakültə və filiallarında Novruz bayramı qeyd edilib

ADPU-nun fakültə və filiallarında Novruz bayramı qeyd edilib ADPU-nun fakültə və filiallarında Novruz bayramı qeyd edilib

Azərbaycanın milli-mənəvi dəyərlərini özündə ehtiva edən, baharın gəlişini və yenilənməni simvolizə edən Novruz bayramı münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fakültə və filiallarında silsilə bayram tədbirləri təşkil olunub.

Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən Meh ədəbi dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirdə professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbir çərçivəsində Azərbaycanın zəngin Novruz adət-ənənələri nümayiş etdirilib, bayramın rəmzi atributları və xalqımızın qədim mərasimləri iştirakçılara təqdim olunub. Proqram zamanı tələbələr tərəfindən Novruza həsr olunmuş şeirlər səsləndirilib, milli musiqilər ifa edilib və rəngarəng rəqs nömrələri təqdim olunub. Bayram əhval-ruhiyyəsi ilə keçən tədbir iştirakçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

Məktəbəqədər təhsil fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Baharın təravəti-Gənclərin sədasıyla adlı tədbir keçirilib. Fakültə dekanı dos. Nailə Hüseynova fakültənin professor-müəllim və tələbə heyətini elimizin bahar müjdəçisi – Novruz bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə tələbələrin təqdimatında müxtəlif musiqi və rəqs nümunələri ifa olunub, bayramının tarixi və ənələri ilə bağlı məlumat verilib.

Tarix və coğrafiya fakültəsində “Tərəqqi” dərnəyinin təşkilatçılığı ilə  “Baharın sədası” adlı bayram tədbiri keçirilib. Tədbirdə Novruzun ruhunu əks etdirən səhnəciklər və çıxışlara yer verilib, səhnəciklər nümayiş etdirilib, şeirlər və musiqilər səsləndirilib.

İncəsənət və Fiziki tərbiyə fakültəsində Musiqi müəllimliyi ixtisasının IV kurs tələbələri tərəfindən Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə tələbələrin ifasında milli musiqilərimiz səsləndirilib, xalqımızın qədim adət-ənənələrini, milli-mənəvi dəyərlərini əks etdirən maraqlı kompozisiyalar təqdim olunub. Tədbirdə fakültənin dekanı Sos.ü.f.d Anar Fərmayılov, Musiqi və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Laçın Həsənova çıxış edərək tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, bu bayramın xalqımızın zəngin mədəni irsini, birlik və həmrəylik ənənələrini özündə əks etdirən ən əziz bayramlardan biri olduğunu vurğulayıblar.

Fizika fakültəsində isə fakültə rəhbərliyi və tələbələrin iştirakı ilə Novruz bayramına həsr olunmuş “Xonça müsabiqəsi” keçirilib.

Şəki filialında Novruz bayramına həsr olunmuş bayram tədbiri keçirilib. Filialın Karyera mərkəzinin və Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə keçirilən tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Vurğun Məmmədov açaraq kollektiv üzvlərini Novruz və Ramazan bayramları münasibətilə təbrik edib. Bayram tədbiri tələbələrin hazırladıqları musiqili-bədii proqramla davam edib.

Şamaxı filialında Novruz şənliyi çərçivəsində tələbələrin hazırladıqları bayram xonçaları, müxtəlif şirniyyatlar və Novruza aid maraqlı əl işləri sərgilənib. Proqram çərçivəsində tələbələrin iştirakı ilə kiçik səhnəciklər təqdim olunub, müxtəlif maraqlı oyunlar və müsabiqələr keçirilib.

ADPU-nun nəzdində Pedaqoji Kollecdə isə Novruz bayramına həsr olunmuş “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirilib. Tədbirdə kollecin müəllim heyəti və tələbələri iştirak ediblər. Bayram proqramı çərçivəsində müxtəlif səhnəciklər nümayiş olunub, milli rəqslər və mahnılar təqdim edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin