logo
Daşkənddə azərbaycanlı sənət ustalarının iştirakı ilə ustad dərsi keçirilib

Daşkənddə azərbaycanlı sənət ustalarının iştirakı ilə ustad dərsi keçirilib

Daşkənddə azərbaycanlı sənət ustalarının iştirakı ilə ustad dərsi keçirilib Daşkənddə azərbaycanlı sənət ustalarının iştirakı ilə ustad dərsi keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın Yunus Rəcəbiy adına Milli Musiqi Sənəti İnstitutunda azərbaycanlı sənət ustalarının iştirakı ilə yaradıcılıq görüşü və ustad dərsi təşkil olunub.

Tədbirdə Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova və Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım Nicat iştirak ediblər.

Görüş zamanı sənət ustaları öz yaradıcılıq fəaliyyətləri, səhnə təcrübələri və milli musiqi ənənələrinin inkişafı barədə geniş məlumat verərək tələbələrlə fikir mübadiləsi aparıblar. Onlar gənc ifaçılar üçün səhnə mədəniyyətinin, ifa texnikasının və milli musiqi irsinin qorunmasının vacibliyini xüsusi vurğulayıblar.

Tədbir çərçivəsində institutun istedadlı tələbələri ilə birgə Azərbaycan və Özbəkistan musiqisinin nümunələri, o cümlədən muğam və makom janrına aid əsərlər ifa olunub. Ustad dərsi interaktiv formatda keçirilərək tələbələrin sualları cavablandırılıb, onların ifaları dinlənilərək peşəkar tövsiyələr verilib.

Qeyd olunub ki, bu cür ustad dərsləri gənclərin peşəkar bacarıqlarının inkişafına, milli musiqi ənənələrinin təbliğinə, yaradıcılıq potensialının artırılmasına, eləcə də Azərbaycan ilə Özbəkistan arasında mədəni əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin