logo
ADPU-nun əcnəbi tələbləri “Novruzfest”də

ADPU-nun əcnəbi tələbləri “Novruzfest”də

ADPU-nun əcnəbi tələbləri “Novruzfest”də ADPU-nun əcnəbi tələbləri “Novruzfest”də

Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə 15-18 mart 2026-cı il tarixlərində Şəki Olimpiya İdman Kompleksində “Novruzfest” adlı beynəlxalq düşərgə keçirilib. Beynəlxalq düşərgədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Əcnəbi tələbələrlə iş şöbəsinin tələbələri iştirak ediblər.

Lahiyə 18-29 yaş aralığında olan yerli gəncləri və Azərbaycanda təhsil alan, Novruz bayramını qeyd edən ölkələrdən - Qazaxsıtan,Qırğızistan,Tacikstan, Türkmənistan, Özbəkistan, Gürcüstan, İran və İraqdan olan tələbələr,həmçinin Əfqanıstan, Türkiyə, Pakistan və Rusiyadan olan tələbələr bir araya gəliblər. Düşərgə çərçivəsində iştirakçılar öz milli adət-ənənələrini,mərasim elementlərini,simvolları və milli geyim nümunələrini təqdim ediblər. Layihə Novruzu ortaq mədəni irs nümunəsi kimi təqdim etməyə,müxtəlif ölkələrdən olan tələbələr arasında qarşılıqlı anlaşmanı möhkəmləndirməyə,eləcə də birlik,sülh və dostluq dəyərlərini təşviq etməyə xidmət edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin