https://innews.media/uploads/news/2026-03/_innews_9abdb9037758694538b91d36f_o.jpg
Musiqiçi Hüseyn İrzayev dinləyicilərə “İkimiz üçün varam” adlı yeni emosional layihəsini təqdim edib. Gerçək bir hekayədən ərsəyə gələn ekran işi ilk sevginin insan həyatında buraxdığı izlərdən və gənc yaşda yaşanan böyük bir itkinin yaratdığı hisslərdən bəhs edən mahnı xüsusi klip ilə birlikdə yayımlanıb.
Layihənin süjet xətti gənc yaşda ağır itki ilə üzləşmiş bir insanın daxili dünyasını göstərir. Klipdə qəhrəmanın ağrı, boşluq və depressiya mərhələlərindən keçərək zamanla bu itkini qəbul etməsi təsvir olunur. Hekayə boyunca o, həyatın davam etdiyini anlayır və mühüm bir qərar verir — artıq yalnız özü üçün deyil, iki nəfərin yerinə yaşamağa davam etmək. Məhz bu fikir mahnının adında da öz əksini tapır: “İkimiz üçün varam”. Bu qərar qəhrəmana yaşadıqlarını və hisslərini başqaları ilə bölüşmək üçün güc verir.
Mahnının söz və musiqisi Amir Paşayevə məxsusdur. Aranjiman, miks və masterinq işləri Zoydi Label tərəfindən həyata keçirilib. Layihədə back vokalları Cəmilə Həşimova (JİVA) və Amir Paşayev ifa edib.
Klipin rejissoru və operatoru Eresmoon (Royal Safarov), ssenari müəllifi isə Hüseyn İrzayevdir. Montaj Rasim Pirazov (McB a.k.a. Kray) tərəfindən hazırlanıb. Ekran işində Yui Ismayilova və Nuru Idrisov rol alıblar. Layihənin make-up işləri Valentina İaremchenko tərəfindən həyata keçirilib.
“İkimiz üçün varam” mahnısı və klipi artıq "YouTube" və bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.