logo
“Modern Poems” layihəsi beynəlxalq Global Red Carpet qala gecəsində mükafata layiq görülüb

“Modern Poems” layihəsi beynəlxalq Global Red Carpet qala gecəsində mükafata layiq görülüb

“Modern Poems” layihəsi beynəlxalq Global Red Carpet qala gecəsində mükafata layiq görülüb “Modern Poems” layihəsi beynəlxalq Global Red Carpet qala gecəsində mükafata layiq görülüb

«Modern Poems» layihəsi 7 mart tarixində keçirilən beynəlxalq Global Red Carpet qala gecəsində aktiv fəaliyyəti və xeyriyyə aksiyalarının keçirilməsinə görə mükafata layiq görülüb.

Tədbir Azərbaycanda 5 ölkənin iştirakı ilə baş tutub və tanınmış ictimai xadimləri, mədəniyyət və biznes nümayəndələrini, eləcə də media təmsilçilərini bir araya gətirib. Qala gecəsinin təşkilatçısı «Caspian Events Group» şirkəti olub.

Mərasimdə ayrıca olaraq layihənin özü, layihənin və «Gənc Şairlər» uşaq layihəsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) üzvü Lalə Həsənova, həmçinin «Mənim Azərbaycanım» xeyriyyə konserti üçün şeirlərin müəllifi Zaur Cəfərovda mükafatla təltif olunublar.

Tədbirdə həmçinin layihənin əsas heyəti və fəalları — Türkan Bayramzadə, Aytən Həsənzadə, Günatay Hüseynova, Olqa Şalayeva və Nell Kyuri iştirak ediblər.

Bu mükafat «Modern Poems» layihəsinin ədəbiyyatın dəstəklənməsi, mədəni təşəbbüslərin inkişafı və xeyriyyə layihələrinin həyata keçirilməsi istiqamətində apardığı fəal fəaliyyətin göstəricisi kimi qiymətləndirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin