https://innews.media/uploads/news/2026-03/_innews_463375ed225761cb7b5b36cfd_o.jpg
Finlandiyada “Xocalıya ədalət!” (“Justice for Khojaly!”) beynəlxalq kampaniyası çərçivəsində maarifləndirici tədbirlər davam etdirilir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Azər-Türk Gənclər” Təşkilatının və Finlandiya Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarovanın təşəbbüsü ilə növbəti tədbirlər keçirilir.
Finlandiyanın müxtəlif şəhərlərində 7 gün müddətində 70-ə yaxın avtobusda yerləşdirilən 150 monitorda “Xocalı yaddaşlarda” (Khojaly in Memory) adlı videoçarx yayımlanacaq.
Qeyd edək ki, bu cür tədbirlər Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasına, gənclərdə milli-tarixi yaddaşın möhkəmləndirilməsinə və tarixi hadisələrin nəsildən-nəslə ötürülməsinə mühüm töhfə verir.