logo
Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu

Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.

Belə ki, paytaxt sakini Aqil Məmmədovun idarə etdiyi “Renault” markalı avtomobil manevr qaydalarını pozduğu üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı Aqil Məmmədovun narkotik maddə qəbul etməsi müəyyən olunub.

Faktla bağlı toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib və Aqil Məmmədov inzibati qaydada həbs edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin