https://innews.media/uploads/news/2026-02/_innews_6a7b46bf74599b12e89438b1d_o.jpg
Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
"innews media" xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata əsasən, yerli vaxtla saat 15:52-də baş verən zəlzələnin maqnitudası 4,7 olub. Yeraltı təkanın ocağı 13 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 5 bal gücündə, ətraf rayonlarda isə 3–4 bala yaxın hiss olunub.