https://innews.media/uploads/news/2026-02/_innews_e4e9439a268d5f79d8d3205a6_o.jpg
24 fevral 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Wood” şirkətinin icraçı prezidenti Stiv Nikol ilə görüşüb.
Görüşdə tərəflər arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub, birgə həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə edilib.
Söhbət zamanı SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr, eləcə də “midstream”, “upstream”, “downstream”, bərpaolunan enerji, rəqəmsallaşdırma sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.