logo
DSX: İrandan PUA ilə atılan 10 kiloqramdan çox narkotik ələ keçirildi

DSX: İrandan PUA ilə atılan 10 kiloqramdan çox narkotik ələ keçirildi

DSX: İrandan PUA ilə atılan 10 kiloqramdan çox narkotik ələ keçirildi DSX: İrandan PUA ilə atılan 10 kiloqramdan çox narkotik ələ keçirildi

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatının (PUA) səsi eşidilib. Qısa müddət sonra həmin istiqamətdə hərəkət edən iki naməlum şəxs müşahidə olunub.

Bununla əlaqədar sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb və xidməti ərazi nəzarətə götürülərək qapadılıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları — 1993-cü il təvəllüdlü Mərdanov Natiq Vahid oğlu və 1995-ci il təvəllüdlü Mahmudov Elşən Arif oğlu şübhəli şəxs qismində saxlanılıblar.

İlkin dindirilmə zamanı saxlanılan şəxslər İran İslam Respublikası ərazisindən PUA vasitəsilə atılmış 10 kiloqram 224 qram narkotik vasitəni götürmək məqsədilə hadisə yerinə gəldiklərini etiraf ediblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin