logo
“AzerLegal Group” logistika sektorunda əməliyyat, maliyyə və hüquqi risklər mövzusunda görüş keçirib

“AzerLegal Group” logistika sektorunda əməliyyat, maliyyə və hüquqi risklər mövzusunda görüş keçirib

“AzerLegal Group” logistika sektorunda əməliyyat, maliyyə və hüquqi risklər mövzusunda görüş keçirib “AzerLegal Group” logistika sektorunda əməliyyat, maliyyə və hüquqi risklər mövzusunda görüş keçirib

“AzerLegal Group” hüquq şirkəti logistika sektorunda fəaliyyət göstərən şirkətlərin hüquqi, əməliyyat və maliyyə risklərinin idarə edilməsi mövzusunda ixtisaslaşmış işgüzar görüş təşkil etmişdir. Tədbirin əsas məqsədi logistika əməliyyatları zamanı yaranan risklərin öncədən müəyyən edilməsi, preventiv idarəetmə mexanizmlərinin qurulması və şirkətlərin hüquqi müdafiə sistemlərinin gücləndirilməsindən ibarət olmuşdur.

Sahəvi diskussiyada loqistik və rəqəmsallaşma üzrə şirkətlərin rəhbər şəxslərləri həmçinin -logistika eksperti Babək Əliyev iştirak edib.

Görüş çərçivəsində qeyd olunub ki, müasir logistika yalnız yük daşınması ilə məhdudlaşmır, eyni zamanda mürəkkəb hüquqi, maliyyə və əməliyyat risklərini özündə birləşdirir. Təqdimatda informasiya logistikasından anbarlamaya qədər bütün mərhələlərdə yaranan risklər təhlil edilib. Şirkətlərin üzləşdiyi əsas məsələlərdən biri risklər baş verdikdən sonra idarə olunmağa çalışılması, müqavilə bazasının qeyri-qənaətbəxşliyi və qoruma sistemlərinin öncədən qurulmaması olduğu diqqətə çatdırılıb. Bu cür yanaşmanın maliyyə itkiləri ilə yanaşı, həm də hüquqi məsuliyyət də yaratdığı vurğulanıb.

Tədbirdə yüklərin gecikməsi və zədələnməsi kimi əməliyyat riskləri ilə yanaşı, sığorta təminatının yoxluğu, əlavə cərimələr və valyuta tərəddüdləri kimi maliyyə faktorları da ətraflı izah olunub. Hüquqi müstəvidə isə məsuliyyət bölgüsünün qeyri-dəqiq müəyyən edilməsi və CMR, CIM, SMGS kimi beynəlxalq konvensiyaların yanlış tətbiqinin ciddi fəsadlara yol açdığı qeyd edilib.

Risklərin azaldılması üçün müqavilələrin detallı hazırlanması, yüklərin sığortalanması, sənədlərin hüquqi auditi və elektron monitorinq sistemlərinin tətbiqi əsas preventiv addımlar kimi təqdim olunub. Bildirilib ki, risklərin düzgün idarə edilməsi müştəri etibarını artırmaqla yanaşı, həmçinin müəssisənin bazar dəyərini də yüksəldir.

“AzerLegal Group” həmçinin sektorun ehtiyaclarına uyğun olaraq müqavilə hazırlığı, risk auditi, komplayens sistemlərinin qurulması, gömrük dəstəyi və yük iddialarının idarə edilməsi kimi ixtisaslaşmış xidmətlərini iştirakçıların diqqətinə çatdırıb. Görüşün yekununda bildirilib ki, bu növ sahəvi maarifləndirmə tədbirləri sektorun dayanıqlı inkişafı məqsədilə gələcəkdə də davam etdiriləcəkdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin