logo
Hakim korpusunun yenilənməsi istiqamətində növbəti addım

Hakim korpusunun yenilənməsi istiqamətində növbəti addım

Hakim korpusunun yenilənməsi istiqamətində növbəti addım Hakim korpusunun yenilənməsi istiqamətində növbəti addım

2026-cı il fevral 17-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, hazırda yeni nəsil hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesləri şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam etməkdədir.

İclasda Hakimlərin Seçki Komitəsinin müraciətinə də baxılıb. Komitənin sədri Vidadi Cəfərov hakim vəzifəsinə namizədlərin seçimi prosesi barədə ətraflı məlumat təqdim edib.

Sonra müsabiqəni uğurla başa vurmuş 34 hakimliyə namizədlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.

Həmçinin Məhkəmə-Hüquq Şurasının Aparatı tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında müzakirələr aparılıb. Hakimin xidməti vəsiqəsinin və Məhkəmə-Hüquq Şurasının rəsmi embleminin təsviri və nümunələri təsdiq edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin