logo
Astaranın Deqadi kəndində məktəb üçün əlavə bina inşa olunub

Astaranın Deqadi kəndində məktəb üçün əlavə bina inşa olunub

Astaranın Deqadi kəndində məktəb üçün əlavə bina inşa olunub Astaranın Deqadi kəndində məktəb üçün əlavə bina inşa olunub

“Astara rayonunun Deqadi kəndində əlavə məktəb binasının inşası” layihəsinin təqdimat mərasimi həyata keçirildi

21 oktyabr tarixində Astara rayonunda, Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı”  çərçivəsində icra olunmuş “Astara rayonunun Deqadi kəndində əlavə məktəb binasının inşası” layihəsinin təqdimat mərasimi həyata keçirildi. Mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri  Vada Cüniçi, Astara Rayon İcra Hakimiyyətinin Başçısı Qəzənfər Ağayev və benefisiar təşkilat olan “Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyinin nümayəndələri iştirak etmişdir.

Bu layihədə əsas məqsəd, Astara rayonunun Deqadi kənd məktəbinin ərazisində 144 nəfər şagirdin təhsil ala biləcəyi 6 otaqlı yeni məktəb binasının tikilməsi ilə, həmin məktəbdə mövcud otaq çatışmamazlığı probleminin həllinə nail olaraq həmin kəndin təhsil şəraitini yaxşılaşdırmaqdır. Bu layihənin icra olunması üçün Yaponiya hökuməti 150,000 manat (88,757 ABŞ dolları) məbləğində qrant ayırmışdır.

İndiyə qədər Azərbaycan Respublikasında ”Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı”  çərçivəsində  icra olunmuş layihələrin ümumi sayı 283 olmaqla, ümumi qrant məbləği isə 23,890,000 ABŞ dollarını keçmişdir.

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” Azərbaycan Respulikasının əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumlarının müraciəti mümkündür. Yeni layihə ilə bağlı Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinə müraciət edə bilərsiniz.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin