logo
“Namazov” filminin çəkilişlərinə start verilib

“Namazov” filminin çəkilişlərinə start verilib

“Namazov” filminin çəkilişlərinə start verilib “Namazov” filminin çəkilişlərinə start verilib

Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Əsgər barmağını əmən körpə” hekayəsinin motivləri əsasında yeni filmin çəkilişlərinə start verilib.

Bu barədə filmin ssenari müəllifi və rejissoru Xəyal Rza bildirib. Beş hərbiçinin kəşfiyyat xarakterli əməliyyatına həsr edilən film, bəşəri ideyalara əsaslanır. Əməliyyat zamanı düşmən uşağını xilas edən Namazov qəhrəmancasına şəhid olur. Filmin çəkilişləri Şabran rayonunun Pirəbədil, Çinarlı, Qorğan kəndlərində və Bakı şəhərində həyata keçiriləcək.

Filmdə komandir obrazını xalq artisti Məmməd Səfa, Namazov obrazını isə Bələdiyyə Teatrının aktyoru Toğrul Rza canlandıracaq. Filmin Bədii rəhbəri görkəmli kinorejissor, xalq aristi Oktay Mir-Qasım, texniki məsləhətçisi tanınmış kinooperator Rafiq Əliyev, quruluşçu operatoru Məmməd Əmindir.

Filmin istehsalçısı  Khayali Mediadır

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin